AFFA-nın təşkil etdiyi U-17 Qızlar Liqasının 2021/2022-ci illər mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, mövsümün final oyununda "Gömrükçü" komandasının 8:0 hesabı ilə məğlub edən "Neftçi" U-17 Qızlar Liqasının qalibi olub.
 
Balakənin "Balxurma" komandası isə mövsümü üçüncü pillədə tamamlayıb. Zaqatala Olimpiya İdman Kompleksində keçirilən 3-cü yer uğrunda oyundan sonra "Balxurma" komandasına bürünc medallar təqdim olunub.
 
Bakıda Binə stadionunda keçirilən final oyunundan sonra ilk iki yeri tutan komandalar mükafatlandırılıb. Mingəçevir komandasının üzvü Aysel Ziyadova mövsümün ən yaxşı oyunçusu seçilib. "Neftçi" komandasının üzvü Ayşən Salamzadə 39 qolla mövsümün ən məhsuldar oyunçusu kimi xüsusi mükafatla təltif edilib. "Gömrükçü" komandasının üzvü Məryəm İsayeva isə mövsümün ən yaxşı qapıçısı seçilib.
 
Bakıdakı mükafatlandırma mərasimində Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, Qadın futbolçulardan ibarət Azərbaycan milli komandanın baş məşqçisi Siyasət Əsgərov, U-17 (qadınlar) milli komandasının baş məşqçisi Zamir Həsənov və U-15 (qadınlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova iştirak edib. Zaqataladakı mükafatlandırma mərasimində isə "Balxurma" komandasına  mükafatları Əminə Həsənova, Siyasət Əsgərov, qadın futbolçulardan ibarət U-19 və U-15 komandalarının baş məşqçiləri Vüqar Əsgərli ilə Nərgiz Qurbanova təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest