Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına Bakıda start verib. Matc.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 5-ci İslam Həmrəyliyi Oyunlarına, eləcə də Aç-2023-ün təsnifat mərhələsinə hazırlaşan komanda ilk məşqini "Murov" Voleybol Klubunun idman zalında keçirib.
 
25 idmançının cəlb olunduğu toplanışa Eldar Yusubov rəhbərlik edir. Ona Vüqar Əliyev və Emin Əbilov köməklik göstərirlər.
 
Azərbaycan yığması Aç-2023-ün təsnifat oyunlarında Sloveniya, Gürcüstan və Avstriya seçmələri ilə birlikdə D qrupunda mübarizə aparacaq. Komandanın İslamiadadakı rəqibləri isə hələlik məlum deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest