Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) SSRİ futbol tarixinin rəmzi komandasını açıqlayıb. Matc.az xəbər verir ki, 4-2-4 taktiki sxemi ilə hazırlanmış rəmzi heyətdə "Neftçi"nin sabiq baş məşqçiləri Anatoli Demyanenko və İqor Netto da yer alıblar.
 
"Neftçi"nin və SSRİ millisinin mərhum futbolçusu Anatoli Banişevski isə heyətdə yer almayıb:
 
Qapıçı: Lev Yaşin;
 
Müdafiəçilər: Vladimir Bessonov, Albert Şesternyov, Murtaz Xurtsilava, Anatoli Demyanenko;
 
Yarımmüdafiəçilər: Valeri Voronin, İqor Netto;
 
Hücumçular: İqor çislenko, Eduard Streltsov, Oleq Bloxin, Qriqori Fedotov.
 
Netto 1979-cu ildə, Demyanenko isə 2008-ci ildə "Nefçti"yə rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest