"Real"ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvat futbolçu qarşıdakı mövsümdə də "kral klubu"nda olacağını bildirib:
 
"Bəli! Gələn mövsüm burada görüşənədək".
 
Daha əvvəl 36 yaşlı xorvatla "Real" arasında müqavilənin uzadılması ilə bağlı şifahi razılığın iki ay əvvəl əldə edildiyi, hazırda lazımi sənədlərin imzalandığı bildirilirdi. Müqavilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub.
 
Modriç ötən mövsüm "Real"ın heyətində 45 oyunda 3 qol vurub və 12 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest