"Real"ın yarımmüdafiəçisi İsko Madrid klubundan ayrılıb. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
Madrid təmsilçisi ilə müqaviləsi yenilənməyən ispaniyalı oyunçu klubla belə vidalaşıb: 
 
"Malaqa"da olanda bilirdim ki, getməliyəm. Başqa komanda ilə razılaşdım. Ancaq sonra "Real" qapımı döydü və bu komandadan imtina etmək olmazdı. Sevdiklərimə bunu dediyimi xatırlayıram: "Lənət olsun, "Real" illərdir çempionlar Liqasını qazana bilmir". Amma bundan sonra baş verənlərin hamısı tarixdir. 9 il sonra "Real"dan ayrılıram. "Real" mənə uşaqlıqda qurduğum bütün arzuları həyata keçirməyə imkan verən klubdur. Təsəvvür etdiyimdən daha çox titul qazanmaq arzusunu yerinə yetirməklə yanaşı, o, mənə ən böyük klublarla oynamaq, heyrətamiz insanlarla tanış olmaq şansı yaratdı. Mən çox yaxşı vaxt keçirdim və heç kim bu xatirələri məndən ala bilməz! çünki bütün yaxşı şeyləri mütləq xatırlayacağam. ümid edirəm ki, siz də belə edəcəksiniz! Komanda yoldaşlarıma, məşqçilərimə, məşqçi heyətinə, klubun işçilərinə və dəstəyə görə bütün azarkeşlərə təşəkkür etmək istəyirəm. Məni ilk gündən səmimi qarşılayan fanatlara minnətdaram. Azarkeşlər bu komandanı dünyanın hər yerində müşayiət edirlər. Əlvida "Real!"
 
Xatırladaq ki, İsko 2013-cü ildən "Real"da çıxış edirdi. O, bu klubun heyətində 19 kubok qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest