UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA bu matçı Macarıstandan olan hakimlər briqadasına həvalə edib.
 
Qarşılaşmanın baş hakimi İstvan Vad olacaq. Ona yan xətt hakimləri Vencel Tot və İstvan Albert kömək edəcəklər. Dördüncü hakim isə Ferenç Karako olacaq.
 
Qazaxıstan – Azərbaycan matçı iyunun 3-də Nur-Sultandakı "Astana Arena"da keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest