Fransanın PSJ klubu yeni transferini açıqlayıb. Matc.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, Fransa çempionu Portuqaliya "Sportinq"indən Nuno Mendesi heyətinə qatıb.
 
20 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Mendes bunadək də icarə əsasında PSJ-də çıxış edirdi. Futbolçu Portuqaliya millisinin də formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest