Azərbaycan çempionatının I divizionunda 2 matçın nəticəsi ləğv edilib. Matc.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Qurum XIV turun görüşlərini araşdıraraq bu addımı atıb.

"Sumqayıt-2" – "Keşlə-2" matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün qonaqlara texniki məğlubiyyət verilib. Hesab olduğu kimi - 0:3 saxlanılıb.

"Kəpəz" – MOİK matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün meydan sahiblərinə texniki məğlubiyyət verilib. Hesab olduğu kimi - 0:3 saxlanılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest