İngiltərənin "Tottenhem" klubu Xorvatiya millisinin futbolçusu İvan Perişiçi heyətinə qatıb. Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Son komandası İtaliya "İnter"i olan təcrübəli oyunçu "Tottenhem"ə azad agent statusu ilə keçib.
 
Perişiç ötən mövsüm Milan təmsilçisində 48 oyuna 9 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest