"Neftçi"nin növbəti mövsümdə baş məşqçisinin kim olacağına klubun Müşahidə Şurasının iclasında qərar veriləcək. Matc.az xəbər verir ki, klub rəhbərliyinin iyunun 2-də bir araya gəlməsi gözlənilir.
 
Əldə etdiyimiz məlumata görə, hazırda rəhbərlik üç mütəxəssis arasında seçim edir. Variantlardan biri elə indiki baş məşqçi Samir Abasovun postunda saxlanılmasıdır. Düzdür, onun klubla müqaviləsi mövsümün sonuna kimi idi. Lakin Müşahidə Şurasındakı müzakirələrdən sonra əksəriyyət onun qalmasını istəsə, Abasovla yeni müqavilə imzalanacaq.
 
Əks halda, "Neftçi"ni yeni mövsümdən əcnəbi mütəxəssis çalışdıracaq. Klub rəhbərliyinin iki legioner məşqçi namizədi var. Bunlardan biri belaruslu Viktor Qonçarenkodur. Hansı ki, bu gün onun Azərbaycan klubuna mümkün keçidi barədə xarici mətbuatda da xəbərlər yayılıb.
 
üçüncü namizəd isə Yuri Vernidubdur. Son olaraq Tiraspol "Şerif"ini UEFA çempionlar Liqasına çıxarması ilə diqqət mərkəzinə düşmüş ukraynalı mütəxəssis, əvvələr Soliqorsk "Şaxtyor"una və Luqansk "Zarya"sına da rəhbərlik edir. Lakin 56 yaşlı məşqçinin Ukraynadakı müharibə başlayandan sonra ölkəsinə qayıdaraq orduya qoşulduğuna dair xəbərlər yayılmışdı. Bu üzdən onun "Neftçi"yə gəlişinin nə dərəcədə real olması bir qədər sual doğurur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest