Uels millisinin yarımmüdafiəçisi Qaret Beyl İspaniyanın "Real" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 32 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 
Beyl "kral klubu"nda unuda bilməyəcəyi nailiyyətlər qazandığını vurğulayıb. O, paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.
 
2013-cü ildən "Real"da çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA çempionlar Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest