İkinci sırada 900 milyon avro borcla İtaliya "Yuventus"u yer alıb. İlk "3-lüy"ü 826 milyon avro borcla İngiltərə "Tottenhem"i qapayır.

Avropanın ən çox borcu olan futbol klublarının siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, "Deloitte" şirkətinin hesabatına görə, qitənin ən çox borcu olan klubu İspaniya "Barselona"sıdır.
 
Hazırda Kataloniya təmsilçisinin 1,3 milyard borcu var. Klub məhz bu səbəbdən ötən il ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini yeniləyə bilmədi və 35 yaşlı hücumçu Fransa PSJ-sinə keçdi.
 
İkinci sırada 900 milyon avro borcla İtaliya "Yuventus"u yer alıb. İlk "3-lüy"ü 826 milyon avro borcla İngiltərə "Tottenhem"i qapayır.
 
Növbəti sıralarda İtaliyanın "İnter" (702 milyon avro), "Milan" (666 milyon avro), İspaniyanın "Real" (662 milyon avro), İngiltərənin "Arsenal" (625 milyon avro), İspaniyanın "Atletiko" (Madrid) (523 milyon avro), İngiltərənin "Mançester Yunayted" (420 milyon avro) və "Liverpul" (386 milyon avro) klubları qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest