"Aston Villa" "Sevilya"nın müdafiəçisi Dieqo Karlosu transfer edib. Matc.az xəbər verir ki, 29 yaşlı braziliyalı İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb.
 
"Aston Villa"nın futbolçu üçün 31 milyon avro ödədiyi deyilir.
 
Dieqo Karlos 2019-cu ilin iyulundan "Sevilya"da çıxış edirdi. O, 2021/22 mövsümündə 45 matçda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest