"Şamaxı"dan ayrılan Kamal Bayramovun yeni iş yeri məlum olub.

"Şamaxı"dan ayrılan Kamal Bayramovun yeni iş yeri məlum olub. Matc.az saytının əldə etdiyi məlumata görə, təcrübəli qolkiper yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Turan Tovuz"la anlaşıb.
 
Onun bu komanda ilə anlaşması təsadüfi deyil. Məsələ burasındadır ki, Tovuzdan olan Bayramov, əvvəllər də "Turan Tovuz"da forma geyinib. O, 2009-2011-ci illər aralığında, həmçinin 2013-cü ildə də bu komandanın uğurları üçün çalışıb.
 
Kamal Bayramov 2020-ci ildən "Şamaxı"da çıxış edirdi. O, "Muğan", "Xəzər Lənkəran", "Rəvan", "Araz Naxçıvan", "Şüvəlan", "Zirə" və "Səbail"in də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest