"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner futbolda və xeyriyyəçilikdəki xidmətlərinə görə Britaniya imperiyasının ordeni ilə təltif edilib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Milner uzun peşəkar karyerasına və Böyük Britaniyada gənclərin sağlam istirahətini təşviq etmək üçün xeyriyyə fondu təsis etdiyinə görə mükafatlandırılıb.
 
Milner 2015-ci ildə "Liverpul"a azad agent kimi keçib. O, son mövsümdə bütün turnirlərdə 35 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. İngilis yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi yayda başa çatır.
 
Milner bundan əvvəl "Mançester Siti", "Aston Villa", "Nyukasl", "Lids" və "Suindon"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest