"Hazırda evimdə istirahətdəyəm. Hələlik nə "Neftçi"dən əlaqə saxlayan var, nə də mən onlarla danışıram. Mətbuatdan eşidirəm ki, bir neçə məşqçi ilə danışıq aparırlar"

"Neftçi"nin yaxın günlərdə baş məşqçi məsələsini həll edəcəyi gözlənilir. Bu günə Müşahidə Şurasının iclası planlaşdırılsa da, yetərsay düzəlmədiyi üçün iclas başqa vaxta keçirilib. Artıq "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev də təsdiqləyib ki, baş məşqçi postuna namizədlərədn biri də Viktor Qonçarenkodur.
 
Maraqlıdır Samir Abasovun bu məsələlərə münasibəti necədir? 44 yaşlı mütəxəssis "Neftçi"dən heç kimin onunla əlaqə saxlamadığını deyib:
 
"28-ci turda "Qarabağ"la keçirilən oyundan sonra məzuniyyətə çıxmışam. Hazırda evimdə istirahətdəyəm. Hələlik nə "Neftçi"dən əlaqə saxlayan var, nə də mən onlarla danışıram. Mətbuatdan eşidirəm ki, bir neçə məşqçi ilə danışıq aparırlar. Klubdakı taleyimlə bağlı veriləcək qərarı gözləyirəm. Allah qismətimə nə yazıbsa, o da olacaq. Allah nə edirsə, xeyirlisini edir".  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest