Türkiyənin "Fənərbaxça" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisini Jorje Jezus çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
 
67 yaşlı məşqçi "Fənər"də illik 3 milyon avro maaş alacaq.
 
Jezus baş məşqçi postunda İsmail Kartalı əvəz edib. Portuqaliyalı mütəxəssis ölkəsində "Benfika"dakı uğurlarına görə tanınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest