Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. Matc.az xəbər verir ki, "Qarabağ"ın təşəbbüsü ilə paytaxtda  baş tutan iclasda Türkiyə, ("Beşiktaş", "Fənərbaxça", "Başakşehir")  İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), çSKA (Moskva), "Lokomotiv" (Moskva), "Jalgiris"), "Neftçi", "Qəbələ" və "Qarabağ" klublarının nümayəndələri iştirak edib.

İclasda  2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. "Qarabağ"ın baş meneceri Asif Əsgərov iclasa Avropa Klublar Birliyinin İşçi qrupunun katibi kimi qatılıb.

Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin yekun iclası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq. (qarabagh.com)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest