İtaliyanın "Latsio" klubu baş məşqçisi Mauritsio Sarri ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Yeni müqavilə 2025-ci ilədək qüvvədə olacaq. 63 yaşlı mütəxəssisin klubla əvvəlki müqaviləsi 2023-cü ilin iyununa qədər idi.
 
Sarri "Latsio"ya 2021-ci ilin iyunundan rəhbərlik edir. Komanda onun rəhbərliyi altında A Seriyasında geridə qalan mövsümü 64 xalla 5-ci pillədə başa vurub. Komanda qarşıdakı mövsümdə Avropa Liqasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest