Qazaxıstanlı futbol veteranı Yusup Şadiyev ölkəsinin milli komandasının UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəyi oyundakı şansları barədə danışıb. Matc.az xəbər verir ki, o, sports.kz nəşrinə açıqlamasında bunları söyləyib:
 
"Futbolçular uzun müddətdir ki, istirahət edirlər. Qazaxıstan çempionatında fasilə nə vaxt başlayıb? Mayın 23-də? Burada qrafik dünya çempionatının final mərhələlərində kimi olacaq, oyunlar arasında təxminən eyni fasilələr var. Hər şey qaydasındadır.
 
Qrupumuzdakı komandalar - Qazaxıstan, Azərbaycan, Belarus təxminən eyni səviyyədədir... Slovakiya isə onlardan bir az fərqlənir, Almaniya futbolu ilə bağlı olan çexoslovakiya futbolunu xatırladır. Qalanları isə sovet dövründə olduğu kimi "Kayrat", "Dinamo" (Minsk), Bakı... Oyun cədvəlində heç bir problem görmürəm. Burada uçuşlar bir az çətinlik törədə bilər, amma ümid edirəm ki, bunun öhdəsindən gələcəklər. Azərbaycanla oyundan gözləntilərim? Fikrimcə, millimizin futbolçuları futbol üçün darıxıb. çoxdandır ki, oynamırlar. İnanıram ki, yaxşı oyun göstərəcəklər.
 
Mövsümə ev oyunu ilə başlamaq yaxşıdır. "Astana Arena" süni örtüklüdür. Rəqiblərimizin isə hamısı təbii ot örtüyündə oynayır. Evdə bütün rəqiblərə qalib gəlməliyik.
 
Yığmada yeni baş məşqçi var. Fikrimcə, hazırda Məhəmməd Adiyevin üzərində böyük məsuliyyət var. Onun səhv etməyə haqqı yoxdur. Oyunçularımızın da çoxu gənclərdir. İyunda keçiriləcək 4 oyunda 5-6 xal toplamağımız realdır. çünki Slovakiyanı çıxmaq şərtilə rəqiblərimiz bizdən güclü deyil. Bütövlükdə, bu qrupda 10-11 xal toplamaq olar".
 
Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest