"çelsi"nin müdafiəçisi Markos Alonso yenidən İspaniyaya dönə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real" yetirməsini qaytarmaqda maraqlıdı.

London klubunun yarımmüdafiəçisi Eden Azarı mövsümün sonunda transfer etməyə hazırlaşan "kral klubu" onunla birlikdə cinah oyunçusunu da almaq niyyətindədi. Lakin 28 yaşlı müdafiəçinin ötən ilin oktyabrında müqavilə müddətini 2023-cü ilin yayına qədər uzatması işi çətinləşdirir.

Qeyd edək ki, Markos Alonso "çelsi"yə 2016-cı ildə 23 milyon avro müqabilində "Fiorentina"dan keçib. "Real"ın yetirməsi olan Alonso 2010-cu ildə "Bolton"a transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest