Bu gün Millətlər Liqasının ilk turunda Qazaxıstanla qarşılaşacaq Azərbaycan yığmasının qapısını Şahruddin Məhəmmədəliyev qoruyacaq. Matc.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Canni De Byazi "Astana Arena"da keçiriləcək görüşdə "Qarabağ"ın  qolkiperinə güvənəcək. Saat 18:00-da başlayacaq oyunda son Azərbaycan çempionunun daha iki futbolçusunun da meydana çıxacağı dəqiqləşib. Belə ki, müdafiə xəttində Maksim Medvedevlə Bədavi Hüseynov da yer alacaq.

Yığmamız oyuna bu heyətlə başlayacaq: Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Eddi İsrafilov, Azər Salahlı, Aleksey İsayev, Mahir Emreli, Renat Dadaşov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest