UEFA Millətlər Liqasının ilk turunda bu gün Azərbaycan millisi ilə qarşılaşacaq Qazaxıstan yığmasında daha bir neçə futbolçu heyətdən kənarlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Yuri Loqvinenko zədəli olduğuna görə qarşıdakı matçlarda milliyə kömək edə bilməyəcək. Bununla yanaşı, məşqçilər korpusunun qərarı ilə Aleksey Şotkin, Duman Narzildayev və Alibek Kasım da yekun heyətə düşə bilməyib. Futbolçular artıq klublarının düşərgəsinə qayıdıb.
 
Bu gün Nur-Sultan şəhərindəki "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest