"Neftçi" klubunun Müşahidə Şurasının iclası iyunun 8-nə təyin olunub. Paytaxt təmsilçisinin mətbuat xidmətindən matc.az saytına verilən xəbərə görə, klubun inzibati binasında təşkil olunacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest