UEFA Millətlər Liqasında keçirilən Qazaxıstan - Azərbaycan oyununun canlı yayımında texniki problemlər yaşanıb. Matc.az xəbər verir ki, yayımçı "CBC Sport" telekanalı bunun qarşı tərəfin siqnalı ötürə bilməməsindən qaynaqlandığını açıqlayıb.
 
Məsələyə UEFA-nın monitorinq qrupu da qarışıb. Problemin qısa zamanda aradan qaldırılması üçün iş getdiyi qeyd olunsa da, matçın sonunadək bunu həll etmək mümkün olmayıb. Bu üzdən izləyicilər qarşılaşmanın son yarım saatını izləməkdən məhrum olublar.
 
"Texniki problemə görə izləyicilərdən üzr istəyirik" deyə telekanaldan bildirilib.
 
Nur-Sultandakı "Astana Arena"da keçirilən görüşdə meydan sahibləri 2:0 qalib gəliblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest