Argentina millisinin keçmiş futbolçusu Karlos Teves karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 38 yaşlı hücumçu özü açıqlama verib.
 
Teves atalığı Sequndo Raymundonun ötən ilin fevralında koronavirusdan dünyasını dəyişməsindən sonra bu addımı atıb. O, Raymundonun ölümündən sonra oynamağa davam edə bilmədiyini açıqlayıb:
 
"Mən karyeramı bitirdim. Bu, artıq rəsmi qərardır. Aralarında ABŞ da olmaqla, bir çox ölkədən təklifim var idi. Amma futbola əlimdən gələni verdim, bəsdir. ötən il oynamaq çox çətin idi. Əsas fanatımı itirdiyim üçün futbolla vidalaşdım".
 
Teves son klubu Argentina "Boka Xuniors"undan 2021-ci ilin fevralında ayrılıb. O, əvvəllər Braziliyanın "Korintians", İngiltərənin "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti" və İtaliyanın "Yuventus" kimi klublarının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest