Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç UEFA Millətlər Liqasının 1-ci turunun Avstriya yığması ilə oyununun (0:3) nəticəsini şərh edib. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, sözlərinə Avstriya millisini təbrik edərək başlayıb:
 
"Avstriya millisini təbrik edirəm. Azarkeşlərimizdən isə üzr istəyirəm. Düşünürəm ki, ilk 30 dəqiqədə yaxşı oynadıq, lakin qol buraxdıqdan sonra oyuna qayıtmaq çətin oldu. Avstriyalılar bizdən daha sürətli və daha aqressiv idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest