Mövsüm ərzində 20 qol vuran "Neftçi" PFK-nın üzvü Ağadadaş Salyanski ən məhsuldar oyunçu, "Sabah"dan Xəyal Əliyev isə ən yaxşı oyunçu adına layiq görülüb

AFFA-nın təşkil etdiyi U-17 və Gənclər Liqasının qalibləri mükafatlandırılıb. Matc.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil edilən mükafatlarma mərasimində veteran futbolçu Vəli Qasımov, aşağı yaş qrupu üzrə milli komandaların koordinatoru Miloş Velebit və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev iştirak ediblər.
 
U-17 Liqasının qalibi "Qəbələ" komandasına kubok, medallar və diplomlar təqdim edilib. "Səbail" və "Şamaxı" komandaları müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüb. "Kəpəz" komandasının üzvü Elşən Həsənov 27 qolla liqanın bombardiri, "Qəbələ"nin oyunçusu Şahin Şahniyarov isə mövsümün ən yaxşı oyunçusu seçilib.
 
Gənclər Liqasında isə "Qəbələ" 2021/22-ci illər mövsümünün qalibi olub. "Neftçi" ikinci, "Sabah" isə sonrakı pillələrdə qərarlaşıb. Mövsüm ərzində 20 qol vuran "Neftçi" PFK-nın üzvü Ağadadaş Salyanski ən məhsuldar oyunçu, "Sabah"dan Xəyal Əliyev isə ən yaxşı oyunçu adına layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest