UEFA Millətlər Liqası çərçivəsində iyunun 6-da Serbiyanın Novi Sad şəhərində keçiriləcək Belarus - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, hər iki tədbir oyundan bir gün öncə – iyunun 5-də təşkil olunacaq.
 
İyunun 6-da Novi Sad şəhərindəki "Karadjordje" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də statrt veriləcək.
 
Azərbaycan milli komandası
Saat 14:00. Mətbuat konfransı
Radisson Hotel, Belqrad
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
"çukariçki" stadionu
 
Belarus milli komandası
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Hər ikisi - "Karadjordje" stadionu.
 
Tədbirlərin başlama saatı yerli vaxtla göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest