İngiltərənin "Aston Villa" klubu növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İsveç yığmasının qapıçısı Robin Olseni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Aston Villa" 32 yaşlı qolkiperi bu ilin yanvarında mövsümün sonuna kimi icarəyə götürmüşdü. İngiltərə klubu təcrübəli qolkiperi müqavilə ilə məxsus olduğu İtaliyanın "Roma" klubundan birdəfəlik transfer etməyə qərar verib. Amma transferin detalları açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest