Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və Qəbələdə hazırlıq keçən U-19 yığmamızın müvafiq olaraq özbəkistanın və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandalarına qarşı keçirəcəyi yoxlama oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Azərbaycan U-20 – özbəkistan U-20
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
5 iyun. Bakı Olimpiya Stadionu, ehtiyat meydançası. Saat 19:00.
 
Azərbaycan U-20 – özbəkistan U-20
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Əli Əliyev.
7 iyun. Bakı Olimpiya Stadionu, ehtiyat meydançası. Saat 19:00.
 
Azərbaycan U-19 – Qazaxıstan U-19
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rəhman İmam, Tural Qurbanov.
7 iyun. Qəbələ şəhər stadionu. Saat 17:00.
 
Azərbaycan U-19 – Qazaxıstan U-19
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
10 iyun. Qəbələ şəhər stadionu. Saat 12:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest