Polşalı hücumçu Robert Levandovski "Bayern"dən ayrılmaq qərarında israrılıdır. Matc.az "sport1"-ə istinadən xəbər verir ki, futbolçu karyerasını başqa klubda davam etdirmək niyyətindədir.
 
33 yaşlı polşalı Münhen klubunun rəhbərliyinə boykot elan edib. O, Almaniya klubu ilə şəxsən heç bir danışıqlar aparmaq fikrində deyil.
 
Levandovskinin "Bayern"lə hazırkı müqaviləsi 2023-cü ilin ortalarına qədərdir. Əvvəllər klub rəhbərliyi hər cür formada hücumçunu buraxmaqdan imtina edirdi. Münhendə hücumçudan müqaviləyə tam şəkildə əməl etməyi tələb edirlər.
 
Levandovskinin "Barselona"ya keçəcəyi ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest