Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edib. Matc.az xəbər verir ki, o, San Marino və Malta yığmaları arasında keçirilən oyunda iş başında olub.
 
Maltanın 2:0 qələbəsilə başa çatan görüşdə Ağayev 5 dəfə əlini cibinə atıb. Belə ki, o, Maltadan 3, San Marinodan 2 futbolçunu sarı vərəqə ilə cəzalandırıb.
 
Əliyar Ağayevə bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest