Slovakiya millisinin keçmiş futbolçusu Duşan Tittel komandasının Millətlər Liqasındakı Belarus (1:0) üzərində qələbəsini şərh edib

Slovakiya millisinin keçmiş futbolçusu Duşan Tittel komandasının Millətlər Liqasındakı Belarus (1:0) üzərində qələbəsini şərh edib. Matc.az xəbər verir ki, o, iyunun 10-da Azərbaycan yığmasına qarşı keçiriləcək oyunla bağlı da fikirlərini bildirib.
 
55 yaşlı veteran futbolçu bunları deyib: "Fikrimcə, bizim hələ belə rəqiblərimiz olmayıb. Bununla belə, iyun ayı məşqçilər, oyunçular və hər kəs üçün heç də yaxşı ay deyil. çünki çətin mövsümdən sonra 10 gün ərzində dörd matç oynamaq heç də asan deyil. Mən hələ yolu demirəm.
 
Amma buna haqq qazandıra bilmərik. çünki burda olmağımızın günahkarı da elə özümüzük və yenidən daha cəlbedici rəqiblərlə oynamaq üçün qalib gəlməliyik.
 
Bununla belə, meydanda daha canlı, daha mobil olmalıyıq. Təbii ki, qələbə qazanmağı səbirsizliklə gözləyirəm, çünki hələlik üç xalımız var. Ancaq hələ də böyüməliyik. Bundan əlavə, bizim üçün asan olmayacaq. çünki Azərbaycan və Qazaxıstan Belarusdan da güclü olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest