Belarus millisinin hücumçusu Vladislav Klimoviç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Belarus millisinin hücumçusu Vladislav Klimoviç UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu ilk turda 0:1 hesabı ilə uduzduqları Slovakiya ilə matçı unutmağa çalışdıqlarını bildirib:
 
"Vəziyyəti düzəltmək üçün qalib gəlmək lazımdır. Biz bunun üçün əlimizdən gələni edəcəyik.
 
Təbii ki, Slovakiyaya qalib gəlmək istəyirdik, amma alınmadı. üzülməyə vaxt yoxdur, çünki qarşıda hələ beş matçımız var. Artıq iyunun 4-də Azərbaycanla qarşılaşmanın hazırlığına başlamışıq".
 
Futbolçu ötən il Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları yoxlama görüşünü də xatırladıb:
 
"Həmin matçda öndə idik, amma sonradan iki qol buraxdıq. Amma artıq bu oyun unudulub. İndi tamam fərqli görüş olacaq. Bu, yoxlama matçı idi, indi biz rəsmi oyunu gözləyirik. Heyətimiz yenilənib, yəqin ki, rəqibdə də belədir. İntiqam almağa və qalib gəlməyə çalışacağıq".
 
Bu gün Serbiyadakı Novi Sad şəhərindəki "Karadjordje" stadionunda keçiriləcək qarşılaşmaya saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest