Kanada yığmasının futbolçuları Panama ilə oyuna çıxmaqdan imtina ediblər. Matc.az xəbər verir ki, futbolçular məsələ ilə bağlı bəyanat da yayıblar. Bəyanatda bildirilir ki, futbolçularla federasiya arasında ödənişlərlə bağlı fikir ayrılığı yaranıb:
 
"Kanadada futbolun gələcəyi üçün mübarizə aparmağın vaxtıdır. Biz federasiya ilə birgə işləmək istəyirik, lakin uzun illərdir ki, münasibətlərimiz gərgindir. Kanada Futbol Assosiasiyası komandamıza hörmətsizlik göstərərək, standartları yüksəltmək və ölkədə futbolu effektiv şəkildə inkişaf etdirmək səylərimizi təhlükə altında qoyur.
 
Azarkeşlərimizdən üzr istəmək istəyirik. Sizin dəstəyinizlə evdə oynamaq bizim üçün ən yaxşı seçimdir. ümid edirik ki, futbol assosiasiyası milli komanda ilə əməkdaşlıq üçün qətiyyətli addımlar atacaq və biz meydana qayıdacağıq".
 
Xatırladaq ki, Kanada millisi ödənişlə bağlı problemlərə görə məşqdən imtina etmişdi. Futbolçular federasiyadan yayım və sponsorluq müqavilələrinə yenidən baxılmasını xahiş ediblər.
 
Bundan əvvəl Kanadanın futbol yığması İran millisi ilə yoldaşlıq oyununda iştirakdan imtina edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest