Qazaxıstanın "Kayrat" klubu baş məşqçi Kurban Berdıyevlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə türkmənistanlı məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
 
Berdıyev 2021-ci ilin yayından "Kayrat"ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 32 oyunda 14 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 10 dəfə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest