Futbol üzrə Bolqarıstan millisinin baş məşqçisi Yasen Petrov istefa verib. Matc.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Gürcüstan millisinə 2:5 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında postundan ayrıldığını açıqlayıb.
 
Petrov komandada qalmağa haqqının olmadığını və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
 
Bolqarıstan yığması Millətlər Liqasında ilk turda Şimali Makedoniya ilə heç-heçə edib – 1:1.
 
Petrov 2021-ci ilin yanvarında millinin "sükanı arxasına" keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest