Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçlə bağlı Xorvatiya mətbuatında növbəti iddia ortaya atılıb. Matc.az saytı xəbər verir ki, həmkarlarımız 53 yaşlı mütəxəssisin illik maaşını açıqlayıblar.

Bildirilir ki, Yurçeviç özündən əvvəlki baş məşqçilərdən - Berti Foqts və Robert Prosineçkidən qat-qat az maaşa çalışacaq. Belə ki, onun illik məvacibinin 300 min avro olacağı vurğulanıb.

Xorvatiya KİV-də Zaqreb "Dinamo"sunun sabiq çalışdırıcısının Azərbaycan millisində əcnəbi sələflərindən 3 dəfə az qazanacağı yazılıb: "Foqts və Prosineçki Azərbaycanda ilinə təxminən 1 milyon avro alırdı. Yurçeviç isə yerli assosiasiya ilə bundan az məbləğə işbirliyinə razılıq verib".

Qeyd edək ki, Nikola Yurçeviçlə 1+2 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest