Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb

Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda B qrupundakı üçüncü görüşündə Albaniya ilə üz-üzə gəlib. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 48-ci dəqiqədə Mirmehdi Rzayev vurub.
 
Bu nəticədən sonra Azərbaycan millisi qrupda xallarının sayını 6-ya çatdırıb və pley-off mərhələsinə vəsiqəni təmin edib.
 
Milli komanda ilk turda Rumıniyaya 0:2 hesabı ilə uduzub, ardınca İspaniyanı 5:1 hesabı ilə yenib. Qrupun digər matçında İspaniya Rumıniya ilə görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest