"İnter"in baş məşqçisi Simone İnzaqi yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" məlumat yayıb.
 
46 yaşlı baş məşqçinin hazırkı müqaviləsi 2024-cü ilə qədər uzadılacaq. Məlumatda, onun klubdakı maaşının 4 milyon avrodan 5,5 milyon avroya yüksələcəyi bildirilir.
 
İnzaqi 2021-ci ilin yayında "Latsio"dan "İnter"in baş məşqçisi postuna keçib. O, "İnter"lə superkuboku və İtaliya kubokunu qazanıb.
 
46 yaşlı italiyalı çalışdırıcının "İnter"lə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest