"çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin postu laxlayıb. Matc.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ardıcıl uğursuz nəticələr rəhbərliyin onunla bağlı fikrini dəyişməsinə səbəb olub.

Xüsusən də, Premyer Liqanın geridə qalan turunda "Mançester Siti"yə birabırçı hesabla uduzan (0:6) "zadəganlar" çalışdırıcısı ilə yolları ayırmaq barədə düşünməyə başlayıb. London təmsilçisi bu posta yeni namizədini də müəyyənləşdirib. Belə ki, "çelsi" sabiq "Real"lı Zinəddin Zidana "elçi düşüb". üstəlik, rəhbərlik düşünür ki, Zidan gələrsə, komandanın lideri Eden Azar da "Real"a getmək fikrindən daşınar.

Qeyd edək ki, Mauritsio Sarri "çelsi"yə mövsümün əvvəlində təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest