UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq Slovakiya millisi ciddi itki ilə üzləşib. Matc.az "Nogomania" nəşrinə istinadən xəbər verir ki, Slovakiya millisinin aparıcı futbolçularından olan Milan Şkrinyar evdə Qazaxıstana uduzduqları (0:1) görüşdə zədələnib.
 
İtaliyanın "İnter" klubunda çıxış edən 27 yaşlı müdafiəçi 43-cü dəqiqədə əvəzlənib. Onun zədəsinin ciddi olduğu və bir neçə ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
 
İyunun 10-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest