"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Bayern"in hücumçusu Robert Levandovskinin "Barselona"ya mümkün transferini şərh edib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis, polşalı futbolçunun istənilən kluba rahat uyğunlaşa biləcəyini deyib:
 
"Əslində bunun necə olacağını söyləmək çətindir, lakin Levandovski istənilən kluba mükəmməl uyğunlaşa bilir. Bununla belə, mən bilmirəm ki, "Barselona" klubun maliyyə vəziyyətini nəzərə alaraq onu transfer edə biləcəkmi və "Bayern" Robertin ayrılmasına icazə verəcəkmi".
 
Daha əvvəl 33 yaşlı polşalı forvardın "Barselona" ilə 3 illik müqaviləyə razı olduğu bildirilirdi.
 
Qvardiola 2014-2016-cı illərdə Levandovski ilə birlikdə "Bayern"də çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest