Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Qəbələ şəhər stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:1 hesabı ilə başa çatıb.
 
Millimizin heyətində Cavad Kərimov fərqlənib.
 
Bu komandalar arasında növbəti oyun iyunun 10-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest