"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə milli komandasının heyətində yeni uğura imza atıb. Matc.az xəbər verir ki, UEFA Millətlər Liqasının Almaniya ilə 2-ci tur qarşılaşmasında penaltidən bərabərlik qolunu vuran 28 yaşlı hücumçu yığmada 50-ci dəfə fərqlənib.
 
Bununla da Keyn əfsanəvi Bobi çarltonu geridə qoyaraq, millinin ikinci ən yaxşı bombardirinə çevrilib. Ona 50 qol üçün 71, çarltona 49 top üçün 106 görüş keçirmək lazım gəlib.
 
Rekordçu isə 119 qarşılaşmada 53 qolla "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runidir.
 
Almaniya - İngiltərə matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest