AFFA-nın təşkil etdiyi U-9 liqasının qalibi olan "Qarabağ"ın U-9 komandasının üzvləri klubun bazasını ziyarət ediblər. Matc.az xəbər verir ki, Ağdam klubunun akademiyasının məşqçiləri və rəsmilərinin iştirak etdiyi ziyarətdə futbolçular "Azersun Arena"nı gəzib, bazada yaradılmış şəraitlə tanışıb olublar.
 
Klubun direktoru Emrah çelikel U-9 liqasının qalibi olan futbolçularla görüşüb, onlara həyatda və futbol karyeralarında uğur arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest