Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/23-cü illər mövsümünün startı müəyyənləşib. Matc.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən yeni mövsüm 5 avqust tarixində başlanacaq.
 
Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. Sözügedən qurum 1-ci divizionda da 2022/23-cü illər mövsümünün  24 avqustda start götürəcəyini açıqlayıb.
 
Azərbaycanda 2022/2023-cü illər mövsümünün transfer dövrlərinin tarixləri də məlum olub. Yay transfer pəncərəsi 10.06.2022 – 01.09.2022, qış transfer pəncərəsi 10.01.2023 – 09.02.2023 tarixlərini əhatə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest