"Neftçi" baş məşqçisi Samir Abasovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun Müşahidə Şurasının bu gün baş tutan iclasında qərar qəbul olunub.
 
Samir Abasovla müddəti bitən müqavilənin yenilənməməsi qərara alınıb. O, 2020-ci ilin noyabr ayından "Neftçi"ni çalışdırırdı. Abasov "ağ-qaralar"a ötən mövsüm ölkə çempionluğunu yaşadıb.
 
"Neftçi"nin yeni baş məşqçisinin əcnəbi olması gözlənilir. Namizədlər arasında Viktor Qonçarenko və Yuri Vernidubun adları hallanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest