Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununa təyinat alıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, 35 yaşlı referi çempionatda qalmaq uğrunda "Veriya" və "Lamiya" arasındakı ilk final qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
 
Oyun iyunun 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest